
Oyunların üçdə birindən sonra 2026-cı il FIFA Dünya Kubokunda tarixin ən çox tamaşaçı sayı qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, 104 Dünya Kuboku oyununun 36-dan sonra ümumi tamaşaçı sayı 2 307 947 nəfərə çatıb. Bu, o deməkdir ki, hər oyunda orta hesabla 64 110 nəfər iştirak edib. Stadionların doluluq faizi 99,54% təşkil edib.
Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ildə finalda Fransa millisini məğlub edən Argentina millisidir.
Tətbiqimizi yükləyə bilərsiniz