Saçınızı nə qədər tez-tez daramalısınız?


Saçları tez-tez daramaq fayda əvəzinə zərər verə bilər.

Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, saçların həddindən artıq daranması qırılmalara və saç strukturunun zəifləməsinə səbəb ola bilər.
Araşdırmalara görə, yaş saçlar quru saçlara nisbətən daha zəif olur. Bunun səbəbi saç telinin xarici qatının nəm təsiri ilə açılması və daha elastik, eyni zamanda daha kövrək hala gəlməsidir. Bu səbəbdən düz və dalğalı saç tipinə sahib şəxslərə yaş saçları sərt daraqla daramaq tövsiyə edilmir.
Buruq və qıvrım saçlarda isə vəziyyət fərqlidir. Bu saç tipi daha həssas struktura malik olduğu üçün quru halda daranması qırılma riskini artırır. Mütəxəssislər belə saçların yalnız yuyulma zamanı, yumşaq vasitələrlə açılmasını məsləhət görürlər.
Qeyd edək ki, keçmişdə saçları təmiz saxlamaq və təbii yağları köklərdən uclara yaymaq məqsədilə “saçı gündə 100 dəfə daramaq” ənənəsi geniş yayılmışdı. O dövrdə saçların təmizlənməsi, bit və kirin uzaqlaşdırılması, eləcə də saçın formaya salınması üçün müxtəlif daraq və fırçalardan istifadə edilirdi. Lakin bu praktika zamanla elmi əsasdan uzaq bir mifə çevrilib.
Elm adamları həmçinin bildirirlər ki, saçların müntəzəm və yumşaq şəkildə daranması müəyyən faydalar da verir. Bu, baş dərisində toplanan ölü dəri hüceyrələrinin və kirin təmizlənməsinə, həmçinin saçdakı təbii yağların daha bərabər paylanmasına kömək edir. Lakin fasiləsiz və çox sərt şəkildə daramaq bu balansı poza bilər.

DİGƏR XƏBƏRLƏR

Top