TBMM sədri Azərbaycana səfər edəcək


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İSİPAB) 20-ci Konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Yeniavaz.com
”TRT Haber”ə istinadla xəbər verir ki, tədbir 23-24 iyun tarixlərində Bakıda Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə baş tutacaq.
TBMM sədri konfrans çərçivəsində iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top