Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək


“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, razılaşma çərçivəsində “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.
Qeyd edək ki, “AzerTelecom” “NEQSOL Holding” şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

DİGƏR XƏBƏRLƏR

Top