
ABŞ Müdafiə Nazirliyi İrana qarşı əməliyyata təxminən 40 milyard dollar xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yaxın tarixdə açıqlayacağı hesabata istinadla məlumat yayıb.
Mərkəzin baş məsləhətçisi Mark Kensian telekanala bildirib ki, bu məbləğə istifadə olunan sursatların qiyməti, məhv edilmiş avadanlıqlar və Amerika bazalarına dəyən ziyan daxildir.
Lakin hesablamaya Pentaqonun 2026-cı maliyyə ili üçün büdcəsində artıq nəzərdə tutulmuş əməliyyat xərcləri daxil deyil.
Ekspert qeyd edib ki, xərclərin əsas hissəsini - təxminən 26 milyard dollarını - sursat təşkil edib. Bu, Amerika ordusunun uzaqmənzilli, yüksək texnologiyalı və yüksək məbləğli silahlardan istifadə etməsi ilə bağlıdır.
O əlavə edib ki, ABŞ ordusu hər biri təxminən 2,5 milyon dollara başa gələn təxminən 1000 “Tomahawk” qanadlı raketindən istifadə edib.
CSIS-in hesablamalarına görə, ilk 100 saatlıq döyüş ABŞ-yə 3,7 milyard dollara başa gəlib və münaqişə irəlilədikcə, zərbələrin tezliyinin azalması ilə əlaqədar müharibənin gündəlik xərcləri azalıb.
Telekanalın bildirdiiyinə görə, müharibənin ilkin xərci 40 milyard dollar olsa da, ümumi xərci daha yüksəkdir.
Bundan əlavə, kanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi artıq 20 milyard dollara qədər əlavə maliyyələşdirmədən istifadə edib. Ümumilikdə isə bu məqsədlər üçün 80 milyard dollar tələb olunub.
Tətbiqimizi yükləyə bilərsiniz