
İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların iştirakçıları gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün mexanizm yaratmaq qərarına gəliblər.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Diplomat Tehranın Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını yekun razılığa gəlməzdən əvvəl əsas şərt hesab etdiyini qeyd edib.
Onun sözlərinə görə, İran nümayəndə heyətinin mövqeyi hər iki tərəfin, xüsusən də İsrailin atəşkəslə bağlı öhdəliklərinə ciddi şəkildə riayət etməsidir.
Tətbiqimizi yükləyə bilərsiniz