
Starmer Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa vermək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, o, yeni baş nazir seçilənə qədər vəzifəsini icra edəcəyini qeyd edib.
Starmer həmçinin Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verdiyi barədə Kral III Çarlza məlumat verdiyini bildirib.
Qeyd edək ki, Starmer 2024-cü ilin iyul ayında hökumət başçısı seçilib. Onun varisi isə son on ildə sayca yeddinci Britaniya baş naziri olacaq və partiya 2029-cu ilə qədər hakimiyyətdə olduğundan parlament seçkilərinə ehtiyac olmayacaq.
***10:57
Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa tarixini bu gün açıqlayacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu, onun öz Leyborist Partiyasındakı millət vəkillərinin böyük təzyiqindən sonra baş verəcək. Onlar hazırkı baş nazirdən yeni lider Endi Bernemə yer verməsini tələb edirlər.
Biznes və ticarət naziri Piter Kayl Starmerin konkret planları ilə bağlı şərh verməkdən imtina edib, lakin baş nazirin siyasi reallıqlardan xəbərdar olduğunu və ölkə üçün ən yaxşı qərarı verəcəyini qeyd edib.
Nəşrin mənbələrindən biri baş nazirin bu gün çox güman ki, payızda baş tutacaq gediş cədvəlini açıqlayacağını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz