
Bu ilin yanvar-may aylarında xarici ölklərə 756,6 min nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə gedən azərbaycanlıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% azalıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının 40,7%-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çox), 17,3%-i Rusiyaya (1,3% az), 11,2%-i Gürcüstana (4,4% az), 7,1%-i İrana (39,7% az), 23,7%-i isə digər ölkələrə (11,3% az) gedib.
Məlumat üçün bildirək ki, təxminən 6 illik fasilədən sonra “Azərbaycan Dəmir Yolları” QSC 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.
Onu da qeyd edək ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin yanvar-may aylarında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı azalsa da, ötən ilin may ayı ilə müqayiəsədə bu ilin may ayında Gürcüstan gedənlərin satı 5,8% artıb. Belə ki, bu ilin may ayında Gürcüstana 19,7 min Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ötən ilin may ayında 18,6 min nəfər olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz