Gənc rəssamların əsərləri sərgilənəcək

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların rəsm əsərlərindən ibarət sərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgidə fırça ustalarının rəngkarlıq, batika, qrafika, akvarel, heykəltəraşlıq, tətbiqi sənət, plakat və digər janrlarda olan əsərləri yer alacaq. 200-dək sənət əsərinin nümayiş olunacağı sərgi 2 fevral-Gənclər Günü çərçivəsində reallaşacaq. Sərgi bir həftə davam edəcək.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top