İran-ABŞ danışıqlarının ilk mərhələsi başa çatdı – Nəticəsi necə oldu?


İsveçrənin Bürgenştok şəhərində ABŞ-İran danışıqlarının birinci mərhələsi təxminən 80 dəqiqəlik müzakirədən sonra başa çatıb.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, Pakistan və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar daxili məsləhətləşmələr səbəbindən müvəqqəti olaraq dayandırılıb.
Bildirilib ki, danışıqlarda, Hörmüz boğazında insidentlərin və anlaşılmazlıqların qarşısını almaq üçün ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etməli olan rabitə kanalı yaratmaq barədə razılıq əldə olunub.
Vasitəçilik prosesinə nəzarət etmək üçün yaradılmış yüksək səviyyəli komitə 60 gün ərzində yekun sülh razılaşmasına nail olmaq üçün yol xəritəsi üzərində razılığa gəlib.
Vasitəçilər Qətər və Pakistan iyunun 22-də İsveçrənin Lüsern gölü yaxınlığındakı Bürgenştok kurortundakı Bürgenştok Konfrans Mərkəzində 21 iyunda keçirilən danışıqların nəticələri ilə bağlı birgə bəyanat yayıblar.
Vasitəçilərin qiymətləndirməsinə görə, ümidverici irəliləyiş əldə edilib və gələcək texniki danışıqlar üçün mexanizm yaradılıb.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edir. İranı danışıqlarda Parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edir. Mümkün razılaşmanın parametrlərini hazırlamaq üçün texniki, ekspert və monitorinq qrupları yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top