
Koreya Respublikası (Cənubi Koreya) dünyanın ən sürətlə böyüyən silah təchizatçıları siyahısına daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) ilə “Politico” birgə məlumat yayıb.
Bildirilib ki, bu, silahlara tələbat yaradan böyük münaqişələr, eləcə də ABŞ Prezidenti Donald Trampın ABŞ administrasiyasının NATO ölkələri qarşısında təhlükəsizlik öhdəliklərini azaltmaq barədə açıqlamaları fonunda baş verib.
Nəşr yazır ki, Cənubi Koreya ABŞ-dən sonra Avropa NATO üzvləri üçün ikinci ən böyük silah tədarükçüsü olub. Polşa Koreya silahlarının alınmasına xüsusi maraq göstərənlər arasındadır. 2022-ci ildə Cənubi Koreya ilə K2 tankları, raket buraxıcıları, artilleriya və digər silahların alınması üçün 13,7 milyard dollarlıq müqavilə imzalayıb.
Bildirilir ki, ölkələrin Cənubi Koreyanı silah tədarükçüsü kimi seçməsinin səbəblərindən biri Seulun sürətlə silah istehsal etmək qabiliyyətidir. Bu, Cənubi Koreya ilə Şimali Koreya arasında uzun müddət davam edən qarşıdurmadan irəli gəlir və bu da müdafiə şirkətlərinin ölkəni lazımi silahlarla tez bir zamanda təchiz etməyə hazır olmasına səbəb olub. Bundan əlavə, Seulun Ukrayna və Yaxın Şərq münaqişələrindəki mövqeyi Avropa ölkələri üçün vacibdir.
Tədqiqatçılar 2026-cı ildə Koreyanın dörd ən böyük müdafiə şirkətinin – “Hanwha Group”, “Hyundai Rotem”, “LIG Nex1” və “Korea Aerospace Industries”in birləşmiş gəlirinin təxminən 37 milyard dollar olacağını proqnozlaşdırırlar ki, bu da 2021-ci illə müqayisədə təxminən dörd dəfə çoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz