
San Paulo Federal Universitetinin alimləri xərçəng müalicəsi və metastazın qarşısının alınması üçün perspektivli terapevtik hədəfə çevrilə biləcək hüceyrə səthi molekulunu kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, “Cytotechnology” jurnalında dərc olunmuş araşdırmaya görə, sindekan-4 reseptoru (SDC4) şiş hüceyrələrinin davranışında əsas rol oynayır.
Bildirilir ki, həddindən artıq ifadə edildikdə, şiş hüceyrələri yaşamağa və aktiv şəkildə çoxalmağa imkan verən “unikal immunitet” əldə edirlər.
Müəlliflərin sözlərinə görə, hüceyrələr normal olaraq toxuma və hüceyrədənkənar matrisə yapışmalıdırlar. Normal bir hüceyrə toxumaya bağlılığını itirərsə, anoikis (yapışma olmaması səbəbindən ölüm) adlanan özünüməhv etmə mexanizmi aktivləşir. Lakin xərçəng hüceyrələri bu mexanizmi keçə bilir və bu da onların qanda sağ qalmasına və metastazlaşmasına imkan verir. Laboratoriya təcrübələrində tədqiqatçılar SDC4-dən məsul olan genin fəaliyyətini məhdudlaşdıraraq əks effekt müşahidə eediblər. Belə ki, şiş hüceyrələri aqressiv xüsusiyyətlərini itiriblər və proqramlaşdırılmış hüceyrə ölümünə qarşı daha da həssaslaşıblar.
Tədqiqatın rəhbəri professor Karla Kristina Lopez deyir ki, SDC4-ün bloklanması metastazın qarşısını almaqda mühüm addım ola bilər.
Alimlər həmçinin aşkar ediblər ki, SDC4-ü məhv etmək hüceyrələri toxumalara yapışmaq qabiliyyətindən məhrum edir, bununla da onların aqressivliyini və invaziv potensialını əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatçılar hazırda kannabidiolun (CBD) SDC4 aktivliyinə və ya əlaqəli siqnal yollarına təsir göstərə biləcəyini araşdırırlar, lakin tədqiqatın erkən mərhələdə olduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz