
Niderland Kralı Villem-Aleksandr və kraliçası Maksima Kürasao milli komandasını Dünya Kubokunda qazandıqları ilk xal münasibətilə təbrik edib və soyunma otağında onlarla birlikdə rəqs ediblər.
Yeniavaz.com xəbər verir ki, qrup mərhələsinin ikinci turunda Kürasao Ekvador komandası ilə 0:0 hesablı heç-heçəyə razılaşıb və ilk xalını qazanıb.
Hyustonda Nİderland-İsveç (5:1) matçını izlədikdən sonra kral və kraliça dünən gecə Kanzas-Sitidə keçirilən Ekvador- Kürasao matçını da izləməyi bacarıblar.
Qeyd edək ki, Kürasao kiçik ada dövləti olmaqla yanaşı, həm də Niderland Krallığının tərkib hissəsidir. Karib dənizindəki adanın sakinləri Niderlandın tamhüquqlu vətəndaşlarıdır.
Tətbiqimizi yükləyə bilərsiniz