Rusiya Zaporojyeni bombaladı – Ölənlər var


Yerli hakimiyyət orqanları bildirib ki, şənbə günü Rusiyanın Ukraynanın Zaporojye şəhərinə endirdiyi hava hücumu nəticəsində ən azı beş nəfər ölüb, 10 nəfər yaralanıb.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, əvvəlcə dörd nəfərin öldüyü bildirilsə də, daha sonra dağıntılar altından bir qadının cəsədi tapılıb.
Məlumata görə, Rusiya ordusu şəhərə doqquz idarəolunan raket atıb.
Sumı və Dnepropetrovsk vilayətlərinin administrasiyaları da Rusiyanın hücumları barədə məlumat veriblər. Qeyd olunub ki, Sumı bölgəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü axşam saatlarında Rusiyanın yaxın gələcəkdə genişmiqyaslı hücumunun gözlənildiyi barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top