İsraillilərin 92%-i İranın müharibədən qalib çıxdığına inanır – Sorğu


İsraillilərin böyük əksəriyyəti İranla müharibəyə və sonradan ABŞ ilə bağlanan razılaşmaya mənfi yanaşır: sorğuda iştirak edənlərin 92,1%-i qalibin Tehranın olduğuna inanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “"The Times of Israel” qəzeti İbrani Universitetinin apardığı sorğuya istinadla məlumat yayıb.
Bildirilib ki, respondentlərin 82,9%-i kampaniyanın İsrailin uzunmüddətli təhlükəsizliyini zəiflətdiyinə inanır və 86,0%-i onun nəticələrini mənfi qiymətləndirir.
Bundan əlavə, İsrail Baş naziri Benyamin Netanyahunun İsrailin əhəmiyyətli uğurlar qazandığını və mövcudluq təhlükəsini aradan qaldırdığını deməsinə respondentlərin 72,5%-i inanmır. İsraillilərin 87,8%-i isə ölkənin məqsədlərinə çata bilmədiyinə və ya yalnız bir hissəsinə nail olduğuna inanır.
Netanyahunun fəaliyyətinə gəldikdə, respondentlərin 56,4%-i baş nazirin seçki kampaniyasını zəif idarə etdiyini və ya uğursuz olduğunu düşünür.
Eyni zamanda, sorğu göstərib ki, israillilərin 48,2%-i ABŞ Prezidenti Donald Trampla toqquşma riski olsa belə, Livandakı Hizbullah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasını dəstəkləyir.

DİGƏR XƏBƏRLƏR

Top