Bakının bəzi rayonlarında suyun verilmə saatları azaldıldı – Rəsmi


Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədilə texniki işlər icra edilir.
“Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.
Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur”, - qurumdan qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top