
İyunun 20-də, saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.
Yeniavaz.com xəbər verir ki, hadisə anının kadrları sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.
1951-ci il təvəllüdlü Bağda Sovin qızının aldığı xəsarətlərdən vəfat etdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz