
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla uzunmüddətli sülh danışıqlarında iştirak etmək üçün İsveçrəyə yola düşüb.
Yeniavaz.com “CBS News” telekanalına istinadla xəbər verir ki, Vens yola düşməzdən əvvəl jurnalistlərə İsveçrədə bir-iki gün qalacağını bildirib.
O deyib ki, İran nümayəndə heyəti də İsveçrəyə yola düşüb:
“İranlılar, pakistanlılar və qətərlilərlə danışıqların başlamasını səbirsizliklə gözləyirəm. Düşünürəm ki, nüvə məsələsində, Livanda atəşkəs məsələsində irəliləyiş əldə edəcəyik. Bunlar diqqət yetirəcəyimiz iki vacib məsələdir”.
Xatırladaq ki, Vensin əvvəlcə cümə axşamı İsveçrəyə səfəri planlaşdırılırdı, lakin səfər son anda təxirə salınmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz