Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək


Azərbaycandan Ermənistana ümumi miqdarı 999.931 ton olan 17 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Qeyd edək ki, martın 5-də 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Bundan başqa, aprelin 11-də Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı göndərilib. Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Top