Nişanlılıq dövrü nə qədər olmalıdır?


Nişanlılıq tərəflərə daha çox bir-birilərini daha yaxşı tanımaq və evliliyə daha yaxşı hazır olmaq üçün verilən bir müddətdir. Ona görə də, bu vaxt məqsədinə uyğun olmayan səbəblərlə uzadıldıqda evliliyə mənfi təsir göstərir. Bu baxımdan, nişanlılıq dövrü üçün ən xarakterik problemlərdən biri də tərəflər arasındakı rol qarışıqlığıdır. Belə ki, bu dövrdə tərəflər qarşı tərəfə həm bir həyat yoldaşı, həm də bir kənar adam kimi baxırlar. Bu isə tədricən tərəflərdə psixoloji gərginliklərə səbəb olur.
Digər tərəfdən, nişanlılıq dövrünün uzanması eyni məsələlərin zamandan və məkandan asılı olaraq müxtəlif cür şərh olunmasına gətirib çıxarır. Bu isə tərəflərin bir-birilərinin hərəkətlərini səhv qiymətləndirmələri ilə nəticələnir. Həmçinin, nişanlılıq dövrü uzandıqca, təbii olaraq, kənar təsirlər də artır. Məsələn, tərəflər əksər hallarda öz təcrübələrini digər nişanlı tərəflərlə bölüşürlər ki, bu da bir-birindən fərqli düşüncələrin meydana çıxmasına səbəb olur.
Buna görə də, tərəflər bir-biriləri ilə bağlı suallara qısa bir vaxtda cavab tapmalı və nişanlılıq müddətinin süni şəkildə uzadılmasına imkan verməməlidirlər. Bundan başqa, əgər tərəflər bir-birilərini bu müddət ərzində belə həyat yoldaşı kimi qəbul etməkdə çətinlik çəkirlərsə, onda nişanlılıq dövründən də söhbət getməməlidir.
Nəticə etibarı ilə isə deyə bilərik ki, nişanlılıq dövründən məqsədinə uyğun şəkildə istifadə edilməli və evlilik tarixi süni səbəblərlə gecikdirilməməlidir. Nişanlılıq müddətinə gəlincə, bu müddət minimum 6 ayı, maksimum isə 12 ayı keçməməlidir. Nişanlılıq dövrü üçün ən ideal müddət isə orta hesabla 3-6 ay olmalıdır.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top