
İyunun 21-də Bürgenştokda ABŞ və İran arasında texniki məsləhətləşmələr keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Pakistan və Qətər nümayəndələri də iştirak edəcək.
“Anlaşma Memorandumunun imzalanmasından sonra texniki danışıqlar 21 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenştok şəhərində keçiriləcək. Müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətər vasitəçiləri iştirak edəcəklər”, - Pakistan XİN qeyd edib.
Digər tərəfdən, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İranla danışıqlar üçün İsveçrədə səfərdə olduqları, İran nümayəndə heyətinin isə İsveçrəyə səfərə yola düşdükləri bildirilir. Həmçinin, CNN telekanalının ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-nin vitse-prezidenti C.D. Vensin də İranla danışıqların yeni mərhələsinə hazırlıqlar çərçivəsində bu gün İsveçrəyə səfər edəcəyi gözlənilir. İran nümayəndə heyətinin tərkibində parlamentin sədri Məhəmmədbaqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qaribabadi, XİN-in xüsusi nümayəndəsi İsmayıl Bəqai, eləcə də digərləri var.
Tətbiqimizi yükləyə bilərsiniz