“G8-in saxlanılması Rusiya-Ukrayna müharibəsinin qarşısını ala bilərdi” – Tramp


Rusiyanın iştirakı ilə G8 formatının saxlanılması Rusiya-Ukrayna müharibəsinin qarşısını ala bilərdi.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios” portalına verdiyi müsahibədə bildirib.
“G8 qorunub saxlanılmalı idi. Əgər belə olsaydı, Rusiya və Ukrayna arasında müharibə olmazdı. Amma keçmiş ABŞ prezidenti Barak Obama Rusiya Prezidenti Vladimir Putinin orada olmasını istəmirdi. Düşünürəm ki, bir və ya iki başqa lider də istəmirdi. Onlar Putini kənarlaşdırmaq istəyirdilər. Əvvəllər G8 idi və bu belə qalsaydı, daha yaxşı olardı”, - Tramp qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top