
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər milli komandanın 2026-cı il Dünya Kuboku ilə vidalaşmasından sonra azarkeşlərə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Spor” telekanalı məlumat yayıb.
“Deyəcək bir şey yoxdur! Dərin təəssüf hissi keçiririk. Bütün xalqımızdan üzr istəyirik! Növbəti turnirlərdə əlimizdən gələni edəcəyik. Həmçinin bu Dünya Kubokunun unudulması üçün əlimdən gələni edəcəyəm. Biz çox güclü komandalarda oynayırıq; bu baş verməməli idi! Utanırıq”, - o bildirib.
Qeyd edək Türkiyə Dünya Kuboku qrup mərhələsinin ikinci turunda Paraqvaya 1-0 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Türkiyə turnirin son oyununu iyunun 26-da ABŞ-yə qarşı keçirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz