İran Hörmüz boğazını yenidən bağladı


İran Silahlı Qüvvələri İsrailin ABŞ ilə bağlanmış memorandumu pozaraq Livana qarşı davam edən təcavüzü səbəbindən Hörmüz boğazını bağladığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı yaydığı bəyanatda məlumat verib.
“ABŞ-nin müharibənin dayandırılması ilə bağlı memorandumun birinci bəndini açıq şəkildə pozması və yerinə yetirməməsi ilə əlaqədar olaraq, eləcə də sionist rejimin (İsrail nəzərdə tutulur) Livanın cənubunda atəşkəsin davamlı şəkildə pozulmasına, yüz minlərlə sakinin vəhşicəsinə qətlə yetirilməsinə və bu torpaqlardan qovulmasına cavab olaraq, həmçinin sionist işğalçı qüvvələrinin Livanın cənub ərazilərindən geri çəkilməməsini nəzərə alaraq, Hörmüz boğazının gəmilərin keçidi üçün bağlanacağını bəyan edirik”, - Mərkəzi Qərargah yaydığı bəyanatda qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top