
“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Yenavaz.com xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür.
26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, klubda 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol vururb və 7 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz