“Instagram”da yeni funksiya var


“Instagram” istifadəçilərə karuselə daxil olan hər bir foto və ya videoya fərdi başlıqlar əlavə etməyə imkan verən yeni bir funksiya təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ubergizmo” portal məlumat yayıb.
Məlumata görə, əvvəllər istifadəçilər post üçün yalnız bir ümumi başlıqdan istifadə edə bilirdilər və bu da hər slayd üçün fərqli kontekstdə məzmun təqdim etməyi çətinləşdirirdi.
Yeni alət post yaradılması üçün olan ekranına inteqrasiya olunub. Karusel yaradarkən istifadəçilər xüsusi bir seçimi aktivləşdirə və hər şəkil və ya hər video üçün xüsusi başlıq əlavə edə bilərlər. Bununla belə onlar yenə də bütün albom üçün tək bir başlıqdan istifadə edə bilərlər.
Portalın məlumatına görə, bu yenilik səyahət fotoşəkilləri, reseptlər və müxtəlif təlimatlar da daxil olmaqla, ardıcıl bir hekayə ilə məzmun yaratmağı asanlaşdıracaq.
Bu yeniləmə karusel imkanlarının son zamanlar genişlənməsinə əsaslanır. Belə ki, tək bir postda əvvəlkindən fərqli olaraq, 10 yox, 20-yə qədər foto və ya video yerləşdirilə bilər.
Slaydların hər biri üçün fərdi başlıqların sayının artması auditoriyanın cəlb olunmasını da artıracaq.
Bu funksiya artıq qlobal miqyasda tətbiq olunmağa başlayıb və gələn həftə ərzində iOS və “Android” əməliyyat sistemlərindəki bütün “Instagram” istifadəçiləri üçün əlçatan olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top