İran FİFA-ya şikayət edəcək


İran Futbol Federasiyası Dünya Kubokun çərçivəsində milli komandaya qarşı tətbiq edilən məhdudiyyətlərlə bağlı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) rəsmi şikayət ərizəsi təqdim etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Ceyms Daker özünün “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, İran milli komandasının Belçika komandası ilə oyun üçün Los-Ancelesə getməsinə icazə verilib. Ancaq İran millisi qəbul edildiyi kimi oyundan iki gün əvvəl deyil, bir gün əvvəl Los-Ancelesdə olacaq. 
Oyun isə bazar günü - iyunun 21-də baş tutacaq.
“İran Futbol Federasiyası hesab edir ki, bu cür məhdudiyyətlər bütün iştirakçı komandalar üçün bərabər şəraitin təmin edilməsi prinsipinə ziddir və komandaların hazırlıq prosesinə mənfi təsir göstərə bilər", - İran Futbol Federasiyasından bildirilib.
Qeyd edək ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq. Hazırkı çempion Argentina millisidir.

DİGƏR XƏBƏRLƏR

Top