Yeni metro stansiyası tikiləcək – “Avtovağzal”ı mərkəzlə birləşdirəcək + Video


Metronun "Avtovağzal" stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.
Yeniavaz.com
“Xəzər TV”yə istinadla xəbər verir ki, Bənövşəyi xəttin şərti adı “B-05” olan 6-cı stansiyası sərnişinlərə “Nizami” stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq. Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyəcək. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.
Yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevriləcək.
Yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.
Daha ətraflı videomaterialda:

DİGƏR XƏBƏRLƏR

Top