
ABŞ Prezidenti Donald Tramp Türkiyə və Çinə səfər etmək planlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında çıxışı zamanı bildirib.
“Biz çox səyahət edirik. Türkiyəyə gedəcəyik. Həmçinin il ərzində Çində olacağıq”, - ABŞ lideri qeyd edib.
Qeyd edək ki, NATO sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Bu,Türkiyədə keçirilən ikinci belə tədbir olacaq. Belə ki, Türkiyə ilk dəfə Şimali Atlantika Alyansının sammitinə 2004-cü ildə, İstanbulda ev sahibliyi edib.
Tətbiqimizi yükləyə bilərsiniz