
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkətinin rəhbəri Oliver Blume 2030-cu ilə qədər 50.000 iş yerini ixtisar etmək planlarını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, o, bu açıqlamanı səhmdarlarla virtual görüşdə verib.
“2026-cı ildə avtomobil sənayesi üçün çərçivə şərtləri daha da sərtləşəcək. Vəziyyətimiz gərgin və çətin olaraq qalır”, - o, deyib.
Xatırladaq ki, yazda Blume yenidənqurmanın ilk əsas məqamlarını açıqlayıb:
“Onilliklərdir uğurlu olan biznes modelimiz artıq bu gün işləmir. Biz onu inkişaf etdirməliyik. Yayda müşahidə şurası ilə birlikdə digər vacib qərarlar qəbul edəcəyik”.
O qeyd edib ki, məqsəd 2030-cu ilə qədər dünyanın ən cəlbedici avtomobil istehsalçısı olaraq, satışlardan 8-10% gəlir əldə etməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz