Dübəndidə dəniz sahilində neft qalıqları yığıldı − Video


Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları yığılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.
Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top