
İyunun 19-u Ukrayna qüvvələri Moskvaya daha bir kütləvi hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
Bildirilib ki, saat 18:18-ə (Bakı vaxtı ilə 19:18 - red.) olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri təkcə sərhəddə 76 dronu vurub. Heç bir itki olmayıb.
Xatırladaq ki, 18 iyun gecəsi və səhəri təxminən 200 Ukrayna dronu Moskvaya və Moskva bölgəsinə hücum edib. Bu, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri paytaxt bölgəsinə edilən ən böyük hücum idi. Zərbələr Kapotnyadakı neft emalı zavodunda yanğına səbəb oldu. Dronlar “Sadovod” bazarına və “Meqa Belaya Daça” ticarət mərkəzinə düşdü. Moskva bölgəsində yaşayış binalarına ziyan dəydi. Yerli hakimiyyət orqanları 17 nəfərin yaralandığını bildirdi.
Tətbiqimizi yükləyə bilərsiniz