Rusiyaya qarşı sanksiyalar bir illik olacaq


Brüsseldə keçirilən sammitdə Aİ liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyaları altı ay əvəzinə bir il müddətinə uzatmaq qərarına gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Şurasının sözçüsü jurnalistlərə danışıb.
“Aİ liderləri sanksiyaları əvvəlki altı ay əvəzinə 12 ay müddətinə uzatmaq qərarına gəliblər”, - sözçü deyib.
Birtərəfli məhdudiyyətlərin 31 iyul 2027-ci ilə qədər uzatmaq barədə rəsmi qərar gələn həftə nazirlər səviyyəsində veriləcək. Bunun heç bir praktik əhəmiyyəti yoxdur, çünki Brüsselin 2014-cü ildə tətbiq etməyə başladığı məhdudlaşdırıcı tədbirlər, əslində, Aİ Şurasının yazılı qərarı ilə hər altı aydan bir avtomatik olaraq uzadılır.

DİGƏR XƏBƏRLƏR

Top