İsrail və “Hizbullah” razılığa gəldi


İsrail və Livanın “Hizbullah” silahlı qruplaşması atəşkəs razılığına gəliblər.
Yeniavaz.com xəbər verir ki, “Reuters” bu barədə adı çəkilməyən yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Biz başa düşürük ki, bu gün baş verən hücumlardan sonra İsrail və “Hizbullah” artıq atəşkəs vəziyyətindədirlər”, - o bildirib.
Onun sözlərinə görə, atəşkəs yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00 - red.) başlayıb.
Yaxın Şərq diplomatı da anonim olaraq AFP-yə razılığı təsdiqləyib. O qeyd edib ki, ABŞ, Qətər və İran danışıqlarda vasitəçi kimi çıxış ediblər.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, atəşkəsə baxmayaraq, İsrail ordusu istənilən ərazidə təhdidləri aradan qaldırmaq üçün tam əməliyyat azadlığına malikdir.

DİGƏR XƏBƏRLƏR

Top