Bir az da xəyal gücünüzə inanın...


(Həyat dərsi)


Luiziana ştatının Yeni Orlean şəhərində məşhur bir milyonçu var idi. O, yaşadığı şəhərdə bir məktəbi himayəsinə götürmək istəyirdi. Uzun axtarışlardan sonra, nəhayət, şəhərin kənarında yerləşən bir məktəbi himayəsinə götürməyi qərara aldı. Halbuki bu məktəb heç bir uğuru ilə fərqlənmirdi. Hətta bu məktəbə gedən uşaqların 84 faizi məzun olmamış məktəbdən ayrılırdı.
Milyonçu təkcə bu universiteti himayəsinə götürmədi, həmçinin, dərslərdə iştirak edən və yaxşı qiymətlər alan şagirdlərin universitet xərclərini öz üzərinə götürəcəyinə söz verdi.
İnsanların beynində “şimşək çaxdırmaqda” mahir olan bu milyonçu uşaqlara təkcə söz verməklə kifayətlənmədi, hətta onlara universitet tələbəsinin necə olduğunu göstərdi.
Bunun üçün şagirdlər yaxınlıqda yerləşən bir universitetə getdilər və hər biri bir universitet tələbəsi ilə bir gün bu universitetdə qaldılar. Şagirdlər yanlarında qaldıqları tələbələrlə təkcə dərslərdə iştirak etmədilər, həm idman salonunda oyun oynadılar, həm yeməkxanada yemək yedilər, həm də kitabxanada kitab oxudular.
Günün sonunda isə artıq hamısı beyinlərində bir universitet tələbəsinin təsəvvürünü canlandırmışdılar. Bir sözlə, indi onlar özlərini orada daha asanlıqla görə bilirdilər. Halbuki bundan əvvəl beyinlərində bununla bağlı heç bir təsəvvür yox idi və bu təsəvvür olmadığı üçün də, təbii olaraq, təxəyyül güclərindən istifadə edə bilmirdilər.
Növbəti illərdə isə hər səhər müəllimlər şagirdlərə gözlərini yummağı və özlərini bir universitet tələbəsi kimi təsəvvür etməyi öyrətdilər. Bu isə o şagirdlərdə təxəyyül gücünü daha da alovlandırdı. Bu uşaqlar məktəbi qurtaranda isə artıq o məktəbdən məzun olmadan ayılanların sayı 20 faizdən də aşağı düşmüşdü.
Yəqin ki, düşünməyə dəyər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top