
Bu ilin aprel ayında Azərbaycandan Ermənistana ümumi dəyəri 3 milyon 888,67 min dollar olan 3 min 158,5 ton dizel yanacağı satılıb.
Yeniavaz.com xəbər verir ki, aprel ayında Ermənistana ixrac olunan dizelin 1 litrinin orta gömrük dəyəri 1,03 dollar (1,75 manat) olub.
Məlumat üçün bildirək ki, aprel ayından əvvəlki 3 ayda Azərbaycandan Ermənistana 3 milyon 917,1 min dollar dəyərində 5 min 425,26 ton dizel göndərilib. Nəticədə, bu ilin ilk 3 ayında Ermənistana ixrac olunan dizelin 1 litrinin orta gömrük dəyəri 0,61 dollar (1 manat) olub.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, yanvar-mart ayları ilə müqayisədə aprel ayında Ermənistana göndərilən dizelin gömrük dəyəri 75% artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz