
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti zamanı İtaliyanın Baş naziri Ciorcia Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə İtaliyanın La7 telekanalının jurnalisti ilə telefon danışığı zamanı bildirib.
“O, yəqin ki, mənim onunla danışmağıma sevinir! Mən onunla danışmaq məcburiyyətində deyildim. Onunla şəkil çəkdirməyim üçün yalvardı! O, mənimlə şəkil çəkdirməyi çox istəyirdi. Mənim buna ehtiyacım yox idi, amma mənim ona yazığım gəldi”, - deyə Tramp bildirib.
İtaliyanın Baş naziri Ciorcia Meloni isə ABŞ Prezidenti Donald Trampın açıqlamalarını tamamilə uydurma adlandırıb.
“Bəzi şeylərə dərhal reaksiya tələb olunur. Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Mən şoka düşdüm. ABŞ prezidentinin müttəfiqlərinə qarşı niyə bu cür davrandığını bilmirəm”, - deyə o, “X” sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib.
“Bu cür halların baş verməsi ilk dəfə deyil; yalnız onu deyə bilərəm ki, Qərbin düşmənlərinə qarşı mübarizədə onun eyni qətiyyəti göstərməməsi təəssüf doğurur. Nə mən, nə də İtaliya heç vaxt heç nə üçün yalvarmırıq”, - İtaliyanın Baş naziri əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz