Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklif edilib


Ukrayna prezidenti Petr Poroşenkonun saytındakı elektron petisiyalar bölməsində Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklifi irəli sürülüb. Petisiya ukraynalı fəal Oleq Yermoxin tərəfindən 2017-ci ilin yanvarın 19-da yerləşdirilib. “Mixail Saakaşvilinin Gürcüstandakı islahatlar sahəsində təcrübəsini, eləcə də hazırda Ukrayna vətəndaşı olduğunu nəzərə alaraq, onun Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin etməyi təklif edirəm”, - petisiyanın mətnində deyilir. Dörd gün ərzində petisiyanı 115 nəfər imzalayıb. Ukrayna hakimiyyətinin petisiyanı nəzərdən keçirməsi üçün üç ay ərzində 25 min imza toplamaq lazımdır.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top