Azərbaycana qəhvə hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı


Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 164,6 ton qovrulmamış kofeinli qəhvə idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qovrulmamış qəhvənin ümumi dəyəri 1 milyon 449 min dollar təşkil edib.
İdxal edilən qovrulmamış qəhvənin 1 kiloqramının orta gömrük dəyəri təxminən 8,8 dollar (15 manat) olub.
Ən çox qovrulmamış qəhvə Braziliyadan gətirilib – 97,4 ton. Sonrakı yerlərdə Kolumbiya (20,23 ton), Hindistan (19,2 ton), Efiopiya (9,3 ton) və Honduras (3,86 ton) qərarlaşıb.
Ən az idxal isə Nikaraqua (0,14 ton), Tanzaniya (0,24 ton) və Salvadordan (1,38 ton) qeydə alınıb.
Qiymətlərə gəlincə, ən ucuz qovrulmamış qəhvə əsasən Hindistan (1 kq – 6,2 dollar), Uqanda (6,62 dollar) və Tanzaniyadan (7,21 dollar) idxal edilib. Ən baha qəhvə isə Kosta-Rika (11,19 dollar), Nikaraqua (11,07 dollar) və Kolumbiyadan (10,13 dollar) gətirilib.
Bu ilin ilk 4 ayında qovrulmamış kofeinli qəhvə Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Braziliya – 97,41 ton (1 kq orta gömrük dəyəri 8,97 dollar);
Kolumbiya – 20,23 ton (10,13 dollar);
Hindistan – 19,2 ton (6,2 dollar);
Efiopiya – 9,3 ton (9,3 dollar);
Honduras – 3,86 ton (9,66 dollar);
Ruanda – 3,15 ton (8,62 dollar);
Peru – 2,9 ton (7,93 dollar);
Kosta-Rika – 2,62 ton (11,19 dollar);
Uqanda – 2,1 ton (6,62 dollar);
Qvatemala – 2,07 ton (9,78 dollar);
Salvador – 1,38 ton (7,83 dollar);
Tanzaniya – 0,24 ton (7,21 dollar);
Nikaraqua – 0,14 ton (11,07 dollar).


Bundan başqa, ötən il Azərbaycana 130,49 ton da qovrulmuş kofeinli qəhvə idxal olunub. İdxal olunan qovrulmuş qəhvənin ümumi dəyəri isə 2 milyon 109,1 min dollar təşkil edib. Hesablamalar göstərir ki, qovrulmuş qəhvənin 1 kiloqramının orta gömrük dəyəri qovrulmamış qəhvədən təxminən 2 dəfə çox olub – 16,2 dollar (27,5 manat).
Ən çox qovrulmuş qəhvə İtaliyadan gətirilib – 49,89 ton. Sonrakı yerlərdə Türkiyə (49,88 ton), Niderland (9,24 ton), Rusiya (8,68 ton) və Almaniya (3,44 ton) qərarlaşıb.
Ən az idxal isə Birləşmiş Ərəb Əmirlikləri (0,01 ton), Yaponiya (0,03 ton) və Nikaraquadan (0,03 ton) qeydə alınıb.
Qovrulmuş qəhvə idxalında ən aşağı orta qiymət Türkiyədə (1 kq – 13,61 dollar), Rusiyada (12,63 dollar) və Belarusda (10,07 dollar) müşahidə olunub. Ən yüksək qiymət isə Böyük Britaniya (32,4 dollar), Yaponiya (74,33 dollar) və Almaniyadan (17,51 dollar) gətirilən məhsullarda qeydə alınıb.
Bu ilin ilk 4 ayında qovrulmuş kofeinli qəhvə Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
İtaliya – 48,98 ton (1 kq orta gömrük dəyəri 16,16 dollar);
Türkiyə – 49,88 ton (13,61 dollar);
Niderland – 9,24 ton (15,99 dollar);
Rusiya – 8,68 ton (12,63 dollar);
Almaniya – 3,44 ton (17,51 dollar);
Belarus – 2,42 ton (10,07 dollar);
İran – 2,3 ton (7,27 dollar);
Efiopiya – 1,16 ton (8,65 dollar);
Braziliya – 0,82 ton (13,87 dollar);
Fransa – 0,8 ton (18,31 dollar);
Kolumbiya – 0,68 ton (15,09 dollar);
Qazaxıstan – 0,52 ton (20,83 dollar);
Kanada – 0,4 ton (18,88 dollar);
İsveçrə – 0,11 ton (47,73 dollar);
Kosta-Rika – 0,11 ton (27,73 dollar);
Çin – 0,1 ton (10 dollar);
Böyük Britaniya – 0,1 ton (32,4 dollar);
Gürcüstan – 0,07 ton (21,71 dollar);
Yaponiya – 0,03 ton (74,33 dollar);
Nikaraqua – 0,03 ton (25,67 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 0,01 ton (29 dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top