
Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.
Yeniavaz.com FHN-in rəsmi saytında dərc olunan məlumata istinadla xəbər verir ki, yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.
“Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub”, - məlumatda deyilir.
***14:39
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz