İran dialoqu bərpa etmək üçün Livanda atəşkəsə zəmanət tələb edir – CNN


İran İsveçrədə ABŞ ilə danışıqların bərpası üçün şərt olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, İran tərəfi imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət tələb edir. O, əlavə edib ki, vasitəçilər hazırda bu məsələni həll etmək üçün çalışırlar.
Mənbə qeyd edib ki, planlaşdırılan danışıqlar İsrailin Livana hücumlarından sonra müvəqqəti olaraq təxirə salınıb, lakin vasitəçilərin danışıqların nə vaxt bərpa olunacağını gözlədiklərini dəqiqləşdirməyib.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. İsrail memorandum danışıqlarında iştirak etməyib. Digər tərəfdən, İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidməti İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının təxirə salındığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top