
ABŞ prezidenti Donald Trumpın rəsmi mərasimdə çəkilən görüntüləri sosial şəbəkələrdə gündəm olub.
Yeniavaz.com xarici mediaya istinadən xəbər verir ki, yayılan videoda Trampın veteran mayor Nikolas Dokerə Şərəf Medalını təqdim edərkən çətinlik yaşadığı, medalın lentini düzgün bağlamaqda bir neçə dəfə uğursuz cəhd etdiyi görünür. Daha sonra o, medalın lent hissəsini əli ilə düyünləyərək daha sıx şəkildə bağlayıb.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Belə ki, sosial media istifadəçiləri Donald Trampı artıq özünü idarə edə bilməməkdə ittiham ediblər və təbliğat kampaniyası zamanı sələfi, sabiq prezident Co Baydeni yaşlı olmaqda ittiham etməsinə görə tənqid ediblər.
Sosial şəbəkələrdə Donald Tramp və Co Baydenin medal təqdim edərkən çəkilmiş kadrları geniş yayılıb.
Həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz