Türkiyədə ilk dəfə görülən narkotika tapılıb

İstanbul Atatürk Hava Limanında son illərin narkotik alverinə qarşı ən böyük əməliyyatlarından biri keçirilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aeroportda Honq Konqdan gələn E. S. Adlı qadının çantasından içərisində toz olan 3 ədəd qutu tapılıb. Laboratoriyada aparılan araşdırmada müəyyən edilib ki, aşkarlanan toz Türkiyədə ilk dəfə görülən yeni narkotika növüdür. Toz maddənin 1 kiloqramdan təqribən 900 kiloqram sintetik narkotika emal etmək mümkündür. Bununla da tapılan 3 qutu maddədən 3 ton sintetik narkotika hazırlamaq olar. E. S. adlı qadın məhkəmə tərəfindən həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top