
Bu ilin may ayında zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 1 121 manat olub.
Yeniavaz.com xəbər verir ki, aprel ayı ilə müqayisədə 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 49 manat və ya 4,2% aşağı düşüb.
Məlumat üçün bildirək ki, son illər qızıldan hazırlanan zinət əşyalarının qiyməti sürətlə bahalaşır. Son 6 ildə 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 2,6 dəfə artıb. Belə ki, 2021-ci ilin əvvəlində zərgərlik dükanlarında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 431 manat olub.
750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün son 6 ildəki qiyməti belə olub:
2021-ci ilin yanvar ayı – 431 manat;
2022-ci ilin yanvar ayı – 504 manat;
2023-cü ilin yanvar ayı – 572 manat;
2024-cü ilin yanvar ayı – 598 manat;
2025-ci ilin yanvar ayı – 722 manat;
2026-cı ilin yanvar ayı – 1 106 manat;
2026-cı ilin fevral ayı – 1 155 manat;
2026-cı ilin mart ayı – 1 1778 manat;
2026-cı ilin aprel ayı – 1 170 manat;
2026-cı ilin may ayı – 1 121 manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz