Marketlərdə 1,90 manata təklif olunan alma, Rusiyaya 1,35 manata satılıb


Bu ilin ilk 4 ayı ərzində Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 32 milyon 565,8 min dollar olan 40 min 737,4 ton təzə alma ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan təzə almanın 1 kiloqramının orta gömrük dəyəri 0,80 dollar (1,36 manat) olub.
Qeyd edək ki, Azərbaycan təzə almanı ümumilkdə 16 ölkəyə ixrac edib. Ən çox ixrac Rusiyaya edilib. Bu ölkəyə 33 min 321,4 ton alma göndərilib və bu, ümumi ixracın 82%-ni təşkil edib. Ən az ixrac isə Səudiyyə Ərəbistanına olub – cəmi 0,6 ton.
Azərbaycan təzə almanı ən yüksək qiymətlə Maldiv adalarına satıb. Bu ölkəyə ixrac olunan almanın 1 kiloqramının orta gömrük dəyəri 1,72 dollar (2,92 manat) olub. Ən aşağı qiymət isə İraqa ixrac olunan məhsulda qeydə alınıb – 1 kiloqram üçün 0,37 dollar (0,63 manat).
İxrac olunan almanın miqdarı və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Rusiya – 33 321,4 ton (1,34 manat/kq);
Qazaxıstan – 1 886,1 ton (0,71 manat/kq);
Türkiyə – 1 872 ton (1,72 manat/kq);
Özbəkistan – 1 679 ton (2,11 manat/kq);
İraq – 548,6 ton (0,63 manat/kq);
Suriya Ərəb Respublikası – 509,9 ton (1 manat/kq);
Birləşmiş Ərəb Əmirlikləri – 445 ton (1,97 manat/kq);
Qətər – 152,6 ton (2,52 manat/kq);
Türkmənistan – 147,6 ton (0,94 manat/kq);
Gürcüstan – 66,4 ton (1,02 manat/kq);
İspaniya – 30,2 ton (2,31 manat/kq);
Oman – 21,8 ton (2,21 manat/kq);
Monqolustan – 19,6 ton (1,02 manat/kq);
Qırğızıstan – 18,5 ton (1,11 manat/kq);
Maldiv adaları – 18,3 ton (2,92 manat/kq);
Səudiyyə Ərəbistanı – 0,6 ton (2,57 manat/kq).


Məlumat üçün bildirək ki, bu ilin ilk 4 ayında Azərbaycanın daxili bazarında 1 kiloqram yerli almanın orta pərakəndə satış qiyməti 1,9 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top