İran əməliyyatının xərclərini ödəmək üçün Pentaqonun 80 milyard dollara ehtiyacı var


ABŞ Müdafiə Nazirliyi Konqres üzvlərinə İrana qarşı hərbi əməliyyat və digər xərclər üçün əlavə 80 milyard dollar maliyyələşdirmə tələb olunduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrə görə, bu həftənin əvvəlində ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq ABŞ qanunvericiləri ilə telefon danışıqları aparıb və onlara Pentaqonun ehtiyacları barədə məlumat verib.
Müdafiə Nazirliyinin rəhbərliyi xəbərdarlıq edib ki, Konqres əlavə maliyyələşdirməni təsdiqləməsə, Pentaqonun bu yay vəsaiti tükənə bilər.
Nəşrin yazdığına görə, ABŞ ordusu təlimlər də daxil olmaqla bir sıra proqramları azaltmağa məcbur ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top