Türkiyə, İran və Rusiya İŞİD və "Ən-Nusra"ya qarşı birgə mübarizə aparacaqlar

Türkiyə, İran və Rusiya, həmçinin Suriya müxalifətinin və iqtidar nümayəndələrinin də iştirak etdiyi Astana görüşündə imzalanacaq birgə bəyənnamə layihəsinin bəzi detalları məlum olub. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bəyənnamə layihəsində tərəflərin Rusiya ərazisində qadağan edilmiş terrorçu İŞİD və "Cəbhət-ən Nusra" qruplaşmalarına qarşı birgə mübarizə aparması öz əksini tapıb. Sənəddə həmçinin Suriyada atəşkəs elan edilməsi barədə üçtərəli monitorinq mexanizminin yaradılması nəzərdə tutulub. Bundan əlavə Rusiya, İran və Türkiyə BMT TŞ-nin 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya üzrə danşıqların davam etdirilməsinin vacibliyini vurğulayırlar.

DİGƏR XƏBƏRLƏR

Top