
2026-cı il dünya çempionatında B qrupunda II tura start verilib.
Yeniavaz.com xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 23:00-da başlayan matç İsveçrənin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda isə, Kanada millisi Qətərlə qarşılaşıb.
Görüş kanadalıların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ilk turda hər iki oyun heç-heçə ilə başa çatıb. Belə ki, Kanada Bosniya və Herseqovina ilə, Qətər isə İsveçrə ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
A qrupunda da II tura artıq yekun vurulub.
Turun son oyunu Bakı vaxtı ilə saat 05:00-da Meksika millisi ilə Cənubi Koreya arasında start götürüb.
50-ci dəqiqədə Meksika millisinin heyətində Luis Romo fərqlənib və yekun hesabı müəyyənləşdirib – 1:0.
Qeyd edək ki, A qrupunun ötən axşam baş tutan digər oyununda isə Çexiya və CAR 1:1 hesablı heç-heçə edib.
Tətbiqimizi yükləyə bilərsiniz