“Bu, Vaşinqtonun bütün şərtlərini qəbul edəcəyimiz anlamına gəlmir” − Xamenei


İranın nüvə proqramını müzakirə etmək qərarı Tehranın gələcək dialoq zamanı Vaşinqtonun bütün şərtlərini qəbul edəcəyi anlamına gəlmir.
Yeniavaz.com
xəbər verir ki, İranın Ali Lideri Müctəba Xamenei bunu xalqa müraciətində bildirib.
“Lakin gələcəkdə baş tuta biləcək üzbəüz danışıqların düşmənin mövqeyini qəbul etmək demək olmayacağı aydındır” - o qeyd edib.
Xameneinin sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian zəmanət verib ki, əgər Amerika tərəfi həddindən artıq tələblər irəli sürməyə çalışarsa, İran nümayəndə heyəti onları qəbul etməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top