ABŞ İrana qarşı dəniz blokadasını dayandırdı


ABŞ ordusu İrana qarşı dəniz blokadasına son qoyub və artıq İran limanlarına daxil olan və ya çıxan gəmilərin hərəkətinə müdaxilə etmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün ABŞ qüvvələri Prezidentin göstərişinə uyğun olaraq, İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün dəniz nəqliyyatının blokadasını qaldırıb. ABŞ qüvvələri Fars körfəzi və Oman körfəzindəki İran limanlarına və limanlarından gəmilərin tranzitinə müdaxilə etmir. ABŞ-nin hərbi blokadanı tətbiq etmək üçün bütün səyləri dayandırılıb”, - bəyanatda deyilir.
CENTCOM əlavə edib ki, ABŞ hərbi gəmiləri əldə edilən razılaşmaların icrasını izləmək üçün regionda qalacaq. Komandanlığa görə, onların missiyası razılaşmanın bütün müddəalarına riayət olunmasını təmin etmək və onun icrasına nəzarət etmək olacaq.

DİGƏR XƏBƏRLƏR

Top